Siyasi şöbə: İranın Məsləhər Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani deyib ki, Bəhreyn xalqı regionda baş qaldırmış İslami hərəkatlar arasında ən müdafiəsiz xalqdır və Qərb ölkələri və eləcə də Ərəb ölkələri öz mənafeyləri xətrinə onları müdafiə etmir.
İQNA Quran agentliyinin Ayətullah Haşimi Rəfsəncaninin saytına istinadən məlumatına əsasən, Ayətullah Rəfsəncani ötən gün İran əyalət başçıları ilə görüşündə Bəhreyn xalqının qətliamını pisləyib və bildirib ki, İran İslam Respublikası heç vaxt digər ölkələrin daxili işinə müdaxilə etmək niyyətində olmayıb və olmayacaq. “Regionda baş verən dəyişikliklər həqiqi və köklüdür belə şəraitdə bu hərəkətlərlə yeganə mübarizə yolu xalqın haqları və istəklərini təmin etməkdir və təzyiqlər və qətliamlar uzun müddətdə effektli olmayacaq”,-deyə Rəfsəncani deyib.
Ayətullah Rəfsəncani deyib ki, İran İslam Respublikasının təcrübələri region ölkələri üçün ilham verici ola bilər. “
Görüşün əvvəlində iştirakçılardan bir neçə nəfər regionda və dünyada baş verən proseslər haqda öz fikirlərini deyiblər, Onlar regiondakı dəyişikliklərdə gənclərin rolu, daxili proseslər və digər məsələr haqda çıxış ediblər. 772210