İqna Quran Xəbər Agentliyi (İQNA): TAP xəbər agentliyinin verdiyi məlumata görə, Lipka adı ilə tanınan tatarların XIV əsrdən bu günə kimi Polşada məskunlaşdıqlarını təsdiqləyən tarixi foto və sənədlər məcmuəsi Tunisin paytaxtında “Tahir Həddad” Mədəniyyət Mərkəzində ümumi baxışa təqdim olunacaq.
Sərgi Polşanın Tunisdəki səfirliyi və yerli müsəlman dini forumunun dəstəyi ilə təşkil olunur. Təqdim olunacaq bütün sənəd və fotoşəkillər şəxsi kolleksiyaslardan və bəzi Polşa muzeylərindən əmanət olaraq götürülmüşdür.
Polşanın Tunisdəki mədəniyyət nümayəndəsi Dorota Parziskin dediyinə əsasən, bu sərgi ilk dəfə keçən il Qahirədə təşkil olunmuşdu. Tunisdən sonra 2011-ci il İslam Mədəniyyətinin Paytaxtı olan Tlemsendə (Əlcəzair) sərgilənəcək.
Polşa müsəlmanları tatar qəbilələrindəndir və əsrlər əvvəl Avropanın bu şərq ölkəsində məskunlaşmışlar. Tatarların əcdadları XIV əsrdən XVII əsrə qədər ortaq çıxarlı Polşa və Litva ölkələrində sakin olmuşlar. Polşanın tatar müsəlmanları əksəriyyəti katoliklər olan cəmiyyət arasında sayca çox az hesab olunurlar. 843074