IQNA

Misir Amerika səfirliyinə hücum edilməsini təkzib etdi

22:56 - September 13, 2011
Xəbər sayı: 2186876
Beynəlxalq şöbə: Misir Xarici İşlər Nazirliyi misirli nümayişçilərin Amerika səfirliyinə hücum etməsi barədə yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.

İqna Quran Xəbər Agentliyi (İQNA): Misirin “Yeddinci gün”qəzetinin verdiyi məlumata görə, mövzu barədə açıqlama verən Xarici İşlər Nazirliyinin sözçüsü Mərvan Mustafa Qahirədəki Amerika səfirliyinə hücum edilərək binanın işğal edilməsi barədə yayılan xəbərlərin gerçək olmadığını, sadəcə kiçik bir qrupun səfirlik binası qarşısında qısa müddətli aksiya keçirdiyini bildirib.

Amerikada məhbəs həyatı keçirən atasının sərbəst buraxılması üçün Amerika Səfirliyi binası qarşısında aksiya edən Şeyx Abdullah Ömər ibn Əbdürrəhman isə mövzu ilə əlaqədar olaraq sentyabrın 8-də bir neçə nümayişçinin Amerika səfirliyini ələ keçirmə cəhdinin olduğunu, lakin bu cəhdin təhlükəsizlik qüvvələri tərəfindən durdurulduğunu söyləyib. 859017
captcha