IQNA

Qahirədə “İslamda kapital” adlı ikinci beynəlxalq toplantı

7:20 - March 20, 2012
Xəbər sayı: 2293898
Beynəlxalq şöbə: Misirin paytxatı Qahirədə mart ayının 20-də “İslamda kapital” adlı ikinci beynəlxalq toplantı keçiriləcəkdir.
İQNA xəbər agentliyinin Misir çapı olan Əl-Bəşayir qəzetinə istinadən verdiyi xəbər görə bu toplantı Misirin “Əmani” İslami iqtisad müşavirə mərkəzinin təşkilatçılığı ilə Qahirənin “Vorment” hotelində iki gün müddətində keçiriləcəkdir.
Misirin kapital fürsətlərinin gücləndirilməsi bu toplantının əsas hədəfidir. Misirin “Səryuddin və şürəka” və “Hicazi və Şürəka” şirkətləri bu toplantının keçirilməsində yoldaşlıq edirlər.
Qahirə toplantısında Mirisin iqtisadi inkişafında istiqraz vərəqələrinin və İslami kapital əsasında fəaliyyət göstərən müəssisə və bankların ifa etdiyi rolun nə dərəcədə əhəmiyyət kəsb etdiyi araşdırılıb müzakirə ediləcək.
Bu toplantıda Misir və başqa Afriqa ölkələrindən İslami kapital və bank sistemi mütəxəssisləri iştirak edirlər.
973520
captcha