IQNA

Ərəbistan və İordaniyanın iş birliyi Qərbin maraqlarına xidmət edir

10:04 - May 21, 2012
Xəbər sayı: 2330491
Beynəlxalq qrup: İllərdir ki, Ərəbistan ABŞ-ın ən yaxın müttəfiqi olaraq Fars Körfəzində Amerikanın maraqlarını qorumağı öz xarici siyasətinin önündə qərar vermişdir. Ərəbistan bu arada İordaniyanın regiondakı strateji və jeopolitik hüzurundan zirəkliklə istifadə edirdi. Amma İslam Oyanışı dalğaları və iki ölkənin siyasi şəxsiyyətlərinin bu hərəkətin idarəsində tutduğu müxtəlif mövqelər Ərəbistan – İordaniya birliyində fikir ayrılıqları yaratmışdır.
Keçən həftə İordaniya Şahı ikinci Abdullah Ərəbistanın Müdafiə Naziri Xalid bin Sultan bin Əbdüləzizlə görüşündə özlərinin müştərək maraqlarının inkişafında iki ölkənin münasibətlərinin qorunub saxlanılmağına təkid etdilər.
Bu görüşün əsas müzakirə mövzusu regiondakı dəyişikliklər, iqtisadi məsələlər, İsrail və Fələstin respublikalarının yaranması və s... idi.
Bu iki ölkə Orta Şərqdə İsrailin mövcudluğunu qəbul edən ilk müttəfiqlərdir. Son hadisələrdə Ərbistan İordaniyadan (2011/mart) Suriya müxalifətçilərinə silah ötürmək üçün bir körpü kimi istifadə edirdi.
Ərəbistan Mərakeş və İordaniyanı birləşmək istəyən iki padşahlıq kimi tanıtdırmaq istədiyi zaman hər iki ölkə padşahı müxalifət edərək öz ölkələrində ki, çaxnaşmaları siyasi islahatlarla öz yoluna qoydular.
Ərəbistan padşahlığı Ali Səud silsiləsinin və Vəhabilərin siyasi və dini proqramları çərçivəsində hərkət etdiyi üçün bir çox məsələlərdə inkişaf və tərəqqi edə bilməmişdir. Bu ölkənin ictimaiyyəti müasir texnologiyadan istifadə də problemlərlə üzləşiblər. Dövlət də Vəhabilərin yaratdığı bu geriqalmışlığı həll etmək üçün heç bir addım atmamışdır.
Bəlkə elə buna gördə Ərəbistanın bu cür təklifləri İordaniya və Mərakeş kimi padşahlıqlar və onların siyasi şəxsiyyətləri tərəfindən normal qarşılanmır.
İordaniyada Haşimi sülaləsi Britaniyadan ayrıldıqdan sonra siyasi və iqtisadi məsələlərdə beynəlxalq nüfuz əldə etsə də başqa ərəb ölkələri kimi burada da tayfa ayrı-seçkiliyi müşahidə edilir.
Tayfa davası bu ölkələr arasında ittihadı problemlə üzləşdirən ən önəmli məsələlərdən biridir. Biz bunu BƏƏ-nin üç adanı birlədirmək və Ərəbistanın bunu himayə etməsi kimi məsələlərdə müşahidə etdik.
Amma Küveyt və Oman kimi kiçik ölkələr siyasəti İslam əsasları üzərində quraraq belə kiçik (tayfa davaları) məslələrdən xilas ola bilmiş və islahatlar apararaq İslam oyanışını ölkələrində idarə edə bilmişlər.
Düşünürük ki, Ərəbistan və İordaniya da xalqın İslami maraqlarına əhmiyyət versələr daha yaxşı siyasi nəticələr əldə edə bilərlər. Əks halda onları da Qəzzafinin aqibəti gözləyir.
Rza Ədaləti Pur
1012156

captcha