IQNA

İslami Əməkdaşlıq Təşkilatı Küveytədəki terror partlayış hadisəsini məhkum etdi

12:23 - February 19, 2013
Xəbər sayı: 2499075
Beynəlxalq qrup: Əkmələddin Ehsanoğlu - İslami Əməkdaşlıq Təşkilatının Baş Katibi, çoxlu sayda şiənin ölümü və yaralanması ilə nəticələnmiş Pakistanın Küveytə şəhərində baş verən terror partlayış hadisəsini məhkum etdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) "oic-oci" xəbər agentliyinə istinadən verdiyi xəbər görə Əkmələddin Ehsanoğlu - İslami Əməkdaşlıq Təşkilatının Baş Katibi, bəyanat verərək şənbə günü (16 fevral) Pakistanın Küveytə şəhərində baş vermiş və çoxlu sayda şiənin ölümü və yaralanması ilə nəticələnmiş terror partlayış hadisəsini kəskin şəkildə məhkum etdi.
İslami Əməkdaşlıq Təşkilatının Baş Katibi bəyanatda Pakistan şiələrinin qəminə şərik çıxdığını və yaralılar üçün Allahdan sağalmaq arzuladığını bildirərək və bu cinayətin amillərinin mühakimə olunmasını Pakistan dövlətindən tələb edərək vurğulayıb:
"Qadın və uşaqlar kimi günahsız və köməksiz insanları öldürmək İslam qanunlarının ziddinədir və heç bir şəkildə izah olunası deyi və buna heç bir cəhətdən haqq qazandırmaq olmaz!"
1191347
captcha