IQNA

İran İslam Respublikasında Beynəlxalq Quran yarışları keçirilir

23:20 - June 02, 2013
Xəbər sayı: 2542532
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasının Beynəlxalq Quran yarışlarının 30-cu turu bu gün 19 nəfər Quran qiraətçisi və 8 nəfər Quran hafizinin rəqabəti ilə Tehranın İslam Ölkələri Başçılarının iclas zalında yarışlara start verdi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam Respublikasının Beynəlxalq Quran yarışlarının 30-cu turu bu gün iyun ayının 2-də 19 nəfər Quran qiraətçisi və 8 nəfər Quran hafizinin rəqabəti ilə Tehranın İslam Ölkələri Başçılarının iclas zalında yarışlara start verdi.
Xatırladaq ki, yarışlar dünən günortadan sonra saat 16:30-dan etibarən 28 müsəlman ölkəsinin Quran sevərlərinin iştirakı ilə öz işinə başlamışdır.
Yarışlarınımn birinci günü Musa Məkibi (Uganda), Armin Vilayçiç (Bosniya), İslamuddin Gidov (Tacikistan), Bilad bin Məhmud (Tunis), İsa Həmid Əli Quni (Çad), Hüseyn Ədnan Əbdürrəzzaq (İraq), Əmmar Məhəmməd Muxtar (Hind) və Abdullah Mukəmmil Kəmal (Efiopiya) ilk səkkiz nəfər olaraq Quran Hifzi üzrə yarışdılar.
Quran qiraəti üzrə isə Alfrod Futza (Albaniya), Xubay Berdiyev Fərəx (Özbəkistan), Qulam Mustafa Əşrəfi (Avstraliya), Məhəmməd İqbal (İndenoziya), Zəir Hüseyni (Amerika), Arif Əliyev (Bolqarıstan), Osman Givan Cin Fu (Çin) və başqaları (Banqladeş, Romani, Pakistan, İraq, Ərəbistan, Ğəna, Gine, Madaqaskar, Misr, Monteneqro, Nigeriya) rəqabət apardılar.
Qeyd edək ki, Quran yarışları gələn cümə gününədək davam edəcəkdir.
1237486
captcha