İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Şərqi Asiya regionu üzrə şöbəsinin verdiyi xəbərə görə Kiya Xin – Miyanmar müsəlmanlarının federasiyasının məsul şəxsi, dünən (17 iyun) bu xəbəri elan edərək deyib: "Buddist rahiblərin bu addımı Beynəlxalq İnsan Hüquqlarının kobudcasına pozulmasıdır. Biz hər gün Miyanmar müsəlmanlarının əleyhinə gücləndirilən ictimai təzyiqlərin şahidi oluruq".
Miyanmarda müsəlmanların əleyhinə törədilən qətliamlar və vəhşiyana cinayətlərlə kifayətlənməyən buddist rahiblər yenə də müsəlmanlara ictimai təzyiqləri artırmaq və onları ictimaiyyətdə məhdudlaşdırmaq üçün çalışırlar və bu yolda hər bir fürsətdən istifadə edirlər. Bu yöndə miyanmarlı buddist rahiblərdən 200 nəfərinin bu ölkənin parlamentinə göndərdikləri qanun layihəsinə əsasən bundan sonra buddistlər və müsəlmanlar arasında heç bir ictimai və fərdi rabitə ola bilməz. Bu layihədə müsəlmanlarla buddistlərin ailə həyatı qurması yasaqlanmışdır. Bu qanun layihəsi müsəlmanlara qarşı ictimai məhdudiyyətlərin çoxalması yönündə atılmış bir addımdır.
1243553