IQNA

Dünya müsəlmanları mübarək Fitr bayramını qeyd etdilər

13:54 - August 09, 2013
Xəbər sayı: 2573196
Beynəlxalq qrup: Dünya müsəlmanları Mübarək Ramazan ayının sonu və Şəvval ayının birinci gününün elan olunduğu andan müxtəlif mərasimlər keçirərək Fitr bayramı keçirtdilər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "On İslam" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Ərəbistan, Misr, Qətər, Küveyt, İmarat (BƏƏ), Omman, İordaniya, Yəmən, Sudan, Libiya, Bəhreyn və bəzi Avropa ölkərlərində yaşayan müsəlmanlar dünən avqust ayının səkkizini Şəvval ayının əvvəlinci günü və Fitr bayramı kimi qeyd etdilər.

Amerikanın Şimalı Fiqh Şurası və İslami Birlik təşkilatının elanına əsasən avqust ayını səkkizini Fitr bayramı qeyd ediblər.
Dünən Kozova, Makedoniya, Rumuniya, Bosniya, Serbiya, Bolqarıstan, Monteneqro, Albaniya və Slavakiya müsəlmanları da Fitr bayramı mərasimi keçiriblər.
Amma Asiyada Pakistan, Hindistan, Banqladeş, İraq, İran və bəzi ölkələr bu gün avqust ayının doqquzunu Fitr bayramı keçiriblər.

1270446
captcha