İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadən verdiyi xəbərə görə "Rudav" xəbər agentliyi yazıb ki, Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullah Livanda yayımlanan "Əl Əhbar" qəzetinə verdiyi müsahibəsi zamanı İŞİD-ə "vəhşi" deyib.
İŞİD-in Kürdistan bölgəsinə hücumunu ehtimal verdiyi bildirən Livan Hizbullahının lideri heç bir dövlətin bu terrorçu-xəvaric zehniyyəti idarə edə bilməyəcəyini önə çəkib: "İŞİD Səudiyyə Ərəbistanı, İordaniya və Türkiyəni hədəfə alacaq."
Kürd liderlərin İŞİD-i düzgün dəyərləndirmədiyini də qeyd edən Həsən Nəsrullah deyib: "Kürd liderliyi İŞİD-in yerində duracağını və Kürdistanı təhdid etməyəcəyini düşünürdülər. Bu ya düzgün olmayan bir analiz və yaxud İŞİD-in bölgədəki ortaqlarının kürdlərə verdiyi sözdən qaynaqlanan rahatlıq idi."
Nəsrullah Livan xalqını qorumaq üçün Suriyaya daxil olduqlarını da diqqətə çəkərək deyib: "İŞİD qədər kin dolu bir psixologiya ilə qan tökülməsi tarixdə görülməyib. Bunun səbəbkarı Birləşmiş Millətlər Təşkilatıır. İŞİD yezidi qadın və uşaqları diri diri torpağa basdıraraq qətlə yetirdi. Dünyada heç bir məntiq, minlərlə insanın dağda ac və susuz bir vəziyyətdə qalmasına razı olmaz."
Hizbullah lideri İŞİD-ə "vəhşi" nisbəti verərək bu qruplaşmanın arxasında Səud rejimi və bəzi körfəz ölkələrinin olduğunu bildirib.