IQNA

Ayətullah Üzma Cəvadi Amuli təfsir dərsində vurğuladı:

"Peyğəmbəri (s) təhqir etmək Allahın əzəmətli ayəsi ilə savaşdır / "fə-əynə təzhəbun!"

8:58 - January 20, 2015
Xəbər sayı: 2734335
Dini Elmi Hövzə qrupu: Ayətullah Üzma Cəvadi Amuli – (təqlid mərcəsi, fəqih, təfsiçri, arif və filosof) – təfsir dərsində İslam Peyğəmbərinin (s) təhqir edilməsini Allahın böyük və əzəmətli ayələri (dini atributlar) ilə savaş adlandıraraq vurğuladı: İstehza və təhqir edənlərin sonu və aqibəti (dünya və axirətdə cəhənnəm quyusuna) süqut olacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah Üzma Cəvadi Amuli – (təqlid mərcəsi, fəqih, təfsiçri, arif və filosof) – yanvar ayının 18-də mübarək Quran-Kərimin "Ğafir" surəsinin təfsiri dərsində İslam Peyğəmbərinin (s) təhqir edilməsini Allahın böyük və əzəmətli ayələri (dini atributlar) ilə savaş adlandıraraq vurğuladı: Bəzi insanlar İlahi ayələrdə cidal edirlər. Bu, cidal edənlərin süqutunun nişanəsidir. Allahla cidal edənlərin sonu çox yaxında onların yaxasını tutacaq dərdli bir əzabdır.



O, son hadisələrə işarə edərək əlavə etdi: İstehza və təhqir edənlərin sonu və aqibəti (dünya və axirətdə cəhənnəm quyusuna) süqut olacaqdır.



O, karikatorla Peyğəmbəri (s) təhqir edənlər barəsində dedi: Peyğəmbəri (s) təhqir edənlər güman etməsinlər ki, bir şəxsi təhqir edirlər. Bəlkə, onlar Allahın böyük ayəsi (dini nişan) ilə savaşırlar və çox çəkməyəcək ki, onlar süqut edəcəklər. Allah-Taala buyurur ki, "onlar bizim ayələrimizə savaşırlar, deməli bizimlə savaşırlar". Belə deyil ki, Fransada ya dünyanın harasındasa, bir kəs əxlaq mücəssəməsi olan Peyğəmbəri (s) təhqir edə və canını salamat qurtarsın!



Baxmayaraq ki, Marks və onun kimiləri 3-4 cümlə yaxşı söz deyiblər və ya dünyada az da olsa, ədalət və azadlıq əldə olunub, amma bunların hamsı İslamın töhfəsidir.



Ayətullah Cəvadi əlavə etdi: Siz gedin dünyanın hər yerini gəzin, harda dörd cümlə haqq söz tapsanız, həmin dörd peyğəmbər, yəni Məhəmməd, İbrahim, İsa və Musadandır ki, Marks, Lenin və digərləri insani və dünyəvi tərəfini oğurlamış və ilahi və dini tərəfini kənara atmışlar.



O, qərblilərə xitab olaraq dedi: Əgər peyğəmbərlər olmasaydılar, sizin də bir şeyiniz yox idi. Sizin bacardığınız iki dünya müharibəsi idi ki, 80 milyon insan öldürdüz. Bu gün dünyada siz müharibə yaradırsınız. Qəzzədə siz müharibə aparırsınız. "Siz hara gedirsiniz – Fəəynə təzhəbun" – (Təkvir/26).



Bütün peyğəmbərlər ilə din düşmənləri savaşıblar. Bunların peyğəmbərlər ilə işi həmişə belə olub. Amma o zaman karikator olmayıb. Və karikator bir tələdir ki, qərb bu gün bu tələyə düşübdür (və bu tələ onu süquta uğradacaq).


Teqlər: amerika ، islamofobiya ، çarli ، hebdo ، şarli
captcha