İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Daily Sabah" xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə Türkiyənin tarixi şəhərlərindən olan İstambulun qədim tarixə malik məscid və muzeyi sayılan Ayasofiya məscidində gələn Cümə günündən başlayaraq "Peyğəmbərə (s) sevgi" devizi altında Quran-Kərimin ayələri, əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) hədisləri və Peyğəmbərimiz (s) haqqında müdrik insanlar tərəfindən deyilmiş kəlamlar əsasında işlənilmiş gözəl "hüsnxət" nümunələri olan tablolar sərgisi düzənlənəcəkdir.
Bu tablolarda "kufi xətti", "mühəqqəq", "süls", "divani", "reyhani", "nəsx" və "təliq" kimi gözəl hüsnxtt nümunələri ilə işlənilmiş ayə, hədis və kəlamlar yazılmışdır.
Ayasofyada sərgilənəcək sənət əsərləri daha öncə Kuba və Nyu-Yorkda sərgiyə qoyulmuşdur. Gələn illər üçün isə Brazilya, Argentina və Avstraliyada da bu cür sərgilərin keçirilməsi nəzərdə tutulmuşdur.
Ayasofiya məscidi və tarixi abidəsi Bizans imperatorluğu dövründə, 532-ci ildə İstambulda ən böyük kilsə olaraq tikilmişdir. Osmanlılar zamanında isə məscid olaraq istifadəyə verilmiş, üzərində minarə, günbəz, daxilində mənbər və mehrab tikilmiş və Quran ayələri ilə bəzədilmişdir.
Atatürk zamanı bu məscidi muzeyə çevirdilər. Və bu günə qədər də muzey və məscid olaraq qalmaqdadır.
Bu sərgi cari ilin İyun ayının onunadək davam edəcəkdir.