İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "USA Today" qəzetinə istinadən verdiyi xəbərə görə Cani Martin – Arizona Dövlət Universitetinin müsəlman tələbəsi, bu barədə belə deyir: Tələbələr universitet fəzasına daxil olduqda heç vaxt rastlaşmaqdıları milli, mədəni, irqi və dini müxtəlifliklərlə üzləşirlər. Çoxlu tələbələr vardır ki, birdinli, təkirqli və təkmədəniyyətli bir cəmiyyətdən çıxıb və böyük bir universitetə daxil olub ki, burada minlərlə məsihi, yəhudi, müsəlman, duddist, hindu və s... irlər, dinlər, mədəniyyətlər və millətlər bir yerdə və bir-birinin ətrafındadırlar.
Əvvəllər məsihi ailəsində böyüyüb, tərbiyə almış Cani Martin deyir: "Mənə deyirdilər ki, başqa dinlər pis və batildir. Amma universitetdə oxuduğum və İslam dini ilə tanış olduğum zaman bu müqəddəs dini qəbul etdim. Hal-hazırda "dini araşdırmalar və mütaliələr" ixtisası üzrə təhsil alıram. Müxtəlif dinlərə nisbət baxışım əvvəllər olduğundan çox dəyişibdir".
Cani Martin oxuduğu Arizona universitetində dinlərarası dialoqun genişləndirilməsi üçün çalışması yönündə "Tələbələrin birliyi və dostluğu" adlı bir təşkilat da təsis etmişdir. Bu təşkilat "birlikdə olmaq daha yaxşıdır" devizi altında kampaniya yaradaraq tələbələrə kömək edirlər ki, digər dinlərin ardıcılları ilə müxtəlif həmkarlıqlar etsinlər.
Bu kampaniya hal-hazırda Amerikanın 400-dən çox təlim mərkəzində keçirilir. Tədqiqat mərkəzlərindən birinin (pyo) 2070-ci ilədək qərbin müsəlmanlarının sayı məsihilərdən çox olacağı barədə verdiyi hesabatdan sonra, bu dinlərarası fəaliyyətin əhəmiyyəti daha da qabarıq şəkildə görsənməyə başlamışdır.
Cani Martinin fikrincə dinlər arası əlaqələrin genişləndirilməsi insanlara kömək edəcək ki, gələcəkdə din barədə daha doğru idraka malik olsunlar.