İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) nəzdində fəaliyyət göstərən "NƏBƏ" jurnalistlər birliyinin verdiyi xəbərə görə Quran – Kərimin "Dubay mükafatı" beynəlxalq yarışlarının Quranın hifzi üzrə 19-cu turu dünyanın, İslam dünyasının və Ərəb ölkələrindən olan 80 dövlətin iştirakı ilə keçirilməkdədir. Bu yarışlarda İran İslam Respublikasından yeniyetmə Quran hafizi Məhəmmədhüseyn Behzadfər iştirak edir.