IQNA

Sionist rejimin hərbiçiləri Qüdsdə "əl-Qiblə" məscidinin qapısını sındırdılar

0:59 - September 16, 2015
Xəbər sayı: 3362978
Beynəlxalq şöbə: Sionist rejimin hərbiçiləri bu gün (15.09.2015) səhər üçüncü dəfə ardıcıl olaraq əl-Əqsa məscidinə yürüş ediblər. Onlar əl-Əqsa məscidinin cənubunda yerləşən və tarixi məscid olan "əl-Qiblə" məscidinin qapılarını sındırıblar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fələstin" xəbər kanalına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında təxminən 200 işğalçı rejim əsgəri Məscidül-Əqsaya basqın edərək keşik çəkən qüdslülərə hücum edib. Hadisə nəticəsində 17 nəfər müdafiəçi yaralandığı deyilir.



Məsciddə keşik çəkənlədən biri isə, təxminən 200 işğalçı rejim əsgərinin bu gün səhər saatlarda Məscidül-Əqsa kompleksində (əl-Həram əş-Şərif) yerləşən Əl-Qiblə məscidinə basqın edərək cənazələrin olduğu hissənin qapısını sındırdığını, mötəkiflərin çölə çıxarıldığını və müqavimət göstərən mühafizəçilərin isə işğalçı əsgərlər tərəfindən zorakılığa məruz qaldığını, təcavüz nəticəsində bir neçə nəfərin yaralandığını və bir neçə nəfərin isə həbs olunduğunu bildirib.



Əvkaf İdarəsinin verdiyi məlumatda isə, hücum nəticəsində yaşlı bir müsəlmanın gözündən rezin gülləylə yaralandığını, 5 nəfərin həbs olunduğu,  əl-Cənazi girişində qapıların və xalçaların yandırıldığı, pəncərələrin və şüşələrin sındırıldığı bildirib.



Sionist rejimi Məscidül-Əqsanı yer və vaxt baxımından sionistlərə vermək üçün səhər saat 07-dən 11-ə qədər məscidi zorla boşaldır. Onlar buradakı məscid camaatını və tələbələri zorla bayıra çıxarır, müqavimət göstərənlərə isə elə məscidin içərisində gözyaşardıcı qazla müdaxilə ediblər.



3362846

Teqlər: qüds ، fələstin ، israil ، sionist
captcha