IQNA

Səudiyyə rejimi Yəməndə daha bir xəstəxananı bombaladı

12:54 - January 12, 2016
Xəbər sayı: 3480054
Tehran, 12 Yanvar 2016 - Səudiyyə rejimi Yəməndə Sərhədsiz Həkimlərin tibbi klinikasını bombaladıqdan bir gün sonra ötən gün Bayda əyalətində digər bir xəstəxananı bombalayıb.

İQNA–nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide-az-a istinadla verdiyi xəbər görə, raket zərbələri nəticəsində xəstəxana tamamilə dağıdılıb. 5 nəfərin həlak olduğu bildirilir.

Bazar günü Səudiyyə rejim qırıcıları Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfər həlak olmuşdu.

Beynəlxaq Qırmızı Xaç elan edib ki, Səudiyyə Ərəbistan qırıcıları son bir neçə ay ərzində Yəməndə 100-dən çox tibb məntəqəsi və xəstəxananı bombalayıb. Bildirilib ki, tibbi avadanlıq çatışmamazlığı yaralılar üçün ölüm təhlükəsi yaradır, Yəməndə həkimlər yarı dağılmış və az avadanlıqlarla yaralıları müayinə etsin.

captcha