IQNA - Artıq 3 gündür ki, Bəheynin müxtəlif
şəhərlərində o cümlədən Musalla, Ali, Deraz və digər
bölgələrində insanlar mitinqlər edərək Bəhreyn rejiminin siyasi
fəallara qarşı represiyalarını dayandırmağa çağırıblar.
KİV-lərin məlumatına görə, Ali Xəlifə rejim qüvvələri mitinq iştirakçılarına bəzi bölgələrdə güc tətbiq edib. İnsanların mitinqini dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə olunub.
Etirazçıların bir qısmı gecəni səhərə kimi Şeyx Qasimin evinin önündə oturaq edib və sübh namazını camaatla evin önündə qılıblar.