IQNA

Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı haqda açıqlama verdi

13:38 - July 05, 2016
Xəbər sayı: 3480595
Tehran, 05.07.2016 - Ayətullah Sistaninin dəftərxanasının açıqlamasına görə ötən axşam şəvvalln ayı görünməyib.
Ayətullah Sistaninin dəftərxanası Fitr bayramı haqda açıqlama verdi

IQNA - Bu barədə ayətullah Sistaninin dəftərxanasından açıqlama verilib.

Açıqlamada bildirilib ki, şəvval ayının görünməsi ötən gecə mümkün olmayıb və bu əsasla şəvval ayı iyulun 5-i axşam görünəcək. Ayın Nəcəf Əşrəf şəhərinin üfüqündə 40 dəqiqə müddətində görünəcəyi bildirilib.

Əlavə edilib ki bayramın birinci günü ayın 6-ı olacaq.

Qeyd edək ki Fitr bayramını sabah yəni ayın 6-da bu ölkələr keçirəcək:

Əfqanistan, Albaniya, Əlcəzair , Azərbaycan, Bəhreyn, Bolqarıstan, Çeçenistan, Misir, Gürcüstan, İraq, İordaniya, Qazaxstan, Küveyt, Livan, Qırğızıstan, Mavritaniya, Fələstin, Filippin, Qətəri, Səudiyyə Ərəbistanı, Sinqapur, Sudan, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, İran

Bu günü yəni İyulun 5-ni bayram elan edən ölkələr isə bunlardır:

Anqola, Almaniya, Bosniya Hertsoqovina, Xorvatiya, Hindistan, Kosova, Rusiya, Monteneqro, Serbiya, Türkiyə

Bu siyahıya bəzi müsəlman ölkələri əlavə edilməyib. (İslam.az).

captcha