IQNA

Fitr Bayramı Namazı səhər saat 8:00-da qılınacaq;

Fitr bayramı namazına Ayətullah Üzma Xamenei imamlıq edəcək

20:12 - July 05, 2016
Xəbər sayı: 3480599
Tehran, 05.07.2016 – Şəvval ayının 1-də Fitr bayramının namazı Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin imamlığı ilə Tehranın İmam Xomeyni (r.ə) müsəllasında səhər saat 8:00-da qılınacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) siyasi şöbəsinin verdiyi xəbərə görə, Şəvval ayının 1-də Fitr bayramının namazı İslam İnqilabının Ali Rəhbəri və şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin imamlığı ilə Tehranın İmam Xomeyni (r.ə) müsəllasında səhər saat 8:00-da qılınacaq.

Bu münasibətlə Tehranın İmam Xomeyni (r.ə) adına böyük müsəllasının qapıları səhər saat 5:00-da namazqılanların üzünə açıq olacaqdır.

Qeyd edək ki, şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xameneinin dəftərxanasının "aygörmə heyəti"nin rəisi Höccətul-İslam vəl-müslimin Əli Rza Müvəhhid Nəjat İQNA ilə müsahibəsində bildirib ki, hesablamalara və təcrübəyə əsasən çox böyük ehtimalı vardır ki, həftənin üçüncü günü, yəni sabah, Fitr Bayramıdır və bu gün axşam yeni ayın hilalı görünəcəkdir.

http://iqna.ir/fa/news/3512969


captcha