IQNA

İsrail Qüdsə və Qərb Sahillərinə bir ayda 80 dəfə təcavüz etdi

10:26 - February 07, 2017
Xəbər sayı: 3481322
Yusif Üdeys - Fələstinin Vəqflər və Dini İşlər Naziri, bildirib ki, təkcə 2017-ci ilin Yanvar ayında sionistlər Qüdsün müqəddəs məkanlarına və Qərb Sahillərinə 80 dəfədən çox təcavüz ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "VƏFA" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Yusif Üdeys - Fələstinin Vəqflər və Dini İşlər Naziri, bildirib ki, təkcə 2017-ci ilin Yanvar ayında sionistlər Qüdsün müqəddəs məkanlarına və Qərb Sahillərinə 80 dəfədən çox təcavüz ediblər.

Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi tərəfindən yayılan xüsusi hesabatda Yusif Üdeys - Fələstinin Vəqflər və Dini İşlər Naziri, dedi: Cari ilin Yanvar ayında baş verən bu təcavüzlər çox vaxt radikal sionistlərin Əqsa məscidinin ərazisinə təhrikedici yürüşləri ilə müşahidə olunmuşdur. İşğalçı sionist rejimi Əqsa məscidinin ərazisinə qanunsuz olaraq soxulan sionist yəhudləri himayə etməklə bu İslami müqəddəs məkanda zamani və məkani bölüşmələr aparmaq istəyir.

Yusif Üdeys - Fələstinin Vəqflər və Dini İşlər Naziri, əlavə etdi: İşğalçı sionist rejimi olan İsrail tam ciddiyyəti ilə çalışır ki, Qüdsü və Əqsa məscidini yəhudiləşdirsin.

Fələstinin Vəqflər və Dini İşlər Naziri dedi: Tel-Əvivin siyasətləri fələstinlilərə müxtəlif cəhətdən təzyiqlər üzərində qurulub. Onlara fələstinlilərə qeyri-məntiqi vergilər qoyur, dərs proqramlarını sansur edir, müsəlmanları Əqsa məscidinə giriş postlarında təhiqedici fiziki yoxlamalara məruz qoyurlar və müsəlmanların Əqsa məscidi yaxınlığındakı mülklərini əllərindən alırlar.

http://iqna.ir/fa/news/3571207


Teqlər: iqna ، israil ، qüds ، fələstin
captcha