IQNA

Sionist rejimi Fələstin Milli Məclisinin qadın nümayəndəsini həbs etdi

0:06 - March 10, 2017
Xəbər sayı: 3481433
Bu gün səhər, 9 Mart 2017-ci il, sionist rejimin qoşunları Fələstin Milli Məclisinin qadın nümayəndəsi və parlament deputatı xanım Səmirə əl-Həlaqiyyəni Qərb- Sahillərinin cənubunda həbs edib.

Sionist rejimi Fələstin Milli Məclisinin qadın nümayəndəsini həbs etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün səhər, 9 Mart 2017-ci il, sionist rejimin silahlı qoşunları Fələstin Milli Məclisinin qadın nümayəndəsi və parlament deputatı xanım Səmirə əl-Həlaqiyyəni Qərb- Sahillərinin cənubunda həbs edib.

Fələstinin HƏMAS hərəkatının "islahat və dəyişdirilmə" fraksiyası bəyaniyyə yayaraq elan edib: sionist rejimin silahlı hərbiçiləri, həftənin "cüməaxşamı" günü səhər çağı, 9 Mart 2017-ci il tarixində, Əl-Xəlilin "əş-Şyux" rayonunda Fələstin Milli Məclisinin qadın nümayəndəsi və parlament deputatı xanım Səmirə əl-Həlaqiyyənin evinə qumbaratanlarla hücum edərək onu həbs ediblər.

Bu bəyaniyyədə deyildiyinə görə, israilli hərbiçilər Fələstin Milli Məclisinin qadın nümayəndəsi və parlament deputatı xanım Səmirə əl-Həlaqiyyənin evini araşdırıb, özünü sorğuladıqdan sonra onu həbs edərək naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, işğalçı sionist rejimi keçən həftədə də HƏMAS hərəkatına bağlı iki nəfər parlament nümayəndəsini Beyt-Ləhm əyalətində həbs etmişdi.

Səmirə əl-Həlaqiyyənin həbs olunması ilə indiyədək sionist rejim tərəfindən həbs edilmiş parlament nümayəndələrin sayı 10 nəfərə çatdı. Bu on nəfərin biri Fəth, səkkizi Həmas, biri xalq cəbhəsinə aiddir. Bundan əlavə israil zindanlarında 7 min nəfər civarında fələstinli həbsdədir.

http://iqna.ir/fa/news/3582378


Teqlər: iqna ، fələstin ، həmas ، fəth ، israil
captcha