IQNA

İlk kalliqrafik elektron Quran hazırlandı

13:11 - June 24, 2017
Xəbər sayı: 3481790
Verilən on mıəlumatlara əsasən, Omanda ilk kalliqrafik, interaktiv və elektron Qurani-Kərimin təqdim etmə mərasimi baş tutub.

İlk kalliqrafik elektron Quran hazırlandı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Omanda müqəddəs Qurani-Kərimin mükəmməl nüsxəsinin təqdim etmə mərasimi baş tutub. Dünyanın ilk kalliqrafik, interaktiv və elektron Qurani-Kərimi Almaniya, Niderland, Polşa və Livandan olan mütəxəssislər tərəfindən hazırlanıb.

Həmin Qurani-Kərimdən, stasionar kompyuterlərdən tutmuş mobil telefonlaradək, bütün elektron qurğularda yararlanmaq mümkün olacaq.

Maraqlıdır ki, müsəlmanlar bu yenilik vasitəsilə Qurani-Kərimi həm oxuya, həm də qaldıqları yerə əlfəcin əlavə edə, başlıqların yazılış tərzini dəyişə və mətnin hissələrini rənglə seçə biləcəklər.
Qeyd etmək lazımdır ki, başlıqlar VII əsrin Kufi üslubunda yazılıblar.

captcha