IQNA

Ən yaxşı islami radio və televiziya əsərləri mükafatlandırılıb

9:36 - July 06, 2017
Xəbər sayı: 3481839
Məşhəd şəhərində keçirilən İslam Radio və Televiziyalar Birliyinin Baş Assambleyasının 9-cu iclasının bağlanış mərasimilə bir vaxtda dünən axşam bu iclasa təqdim olunmuş ən yaxşı radio və televiziya əsərləri mükafatlandırılıb

Ən yaxşı islami radio və televiziya əsərləri mükafatlandırılıb

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumatına görə, bu istiqamətdə tamaşa bölməsinin ən yaxşı əsəri üzrə mükafat Səhər beynəlxalq telekanalının "Müsəlmanlıq hekayəti” filminə, ikinci mükafat "Nəmarəsane” müəssisəsinin "Şəhrbanu” serialına verilib.

Animasiya bölməsində də Kərbəla kanalının "Ay” animasiya filmi, Səhər kanalının "Sonucu elçi” filmi və Livanın Əliman kanalının "Yumyat Mərmər” animasiya filminə müvafiq olaraq 1-ci-3-cü yerlərin mükafatları təqdim olunubdur.

Həmçinin bu festivalda Astane Qodse Rəzəvi tərəfindən istehsal olunmuş İmam Rza(ə) süni peyk kanalının təqdimatı olub.

İslam Radio və Televiziyalar Birliyinin Baş Assambleyasının 9-cu iclasının bağlanış mərasimilə bir vaxtda ötən bir ildə İraq, Suriya və Yəməndə müqavimət mehvərinin döyüş meydanlarında şəhadət və müharibə əlili iftixarına çatmış media müharibə əlilləri də mükafatlandırılıblar.

İslam Radio və Televiziyalar Birliyinin Baş Assambleyasının 9-cu iclası iyulun 2-dən 4-dən bu şəhərdə keçirilib.

Bu iclasda 36 ölkədən 330 kanal, həmçinin 600 daxili və xarici qonaq iştirak edib.

captcha