IQNA

"3 Oktyabr" Almaniyada "açıq qapı məscidlər günü" kimi qeyd edilir

0:49 - September 13, 2017
Xəbər sayı: 3482150
Hər il Oktyabr ayının 3-ü Almaniyada "məscidlərin açıq qapısı günü" kimi keçirilir və cari ildə həmin günün devizi və şüarı "yaxşı qonşuluq, yaxşı cəmiyyət" olacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Almaniyadakı "Mədəni Əlaqələr İdarəsi"nə istinadla verdiyi xəbərə görə, Hər il Oktyabr ayının 3-ü Almaniyada "məscidlərin açıq qapısı günü" kimi keçirilir və cari ildə həmin günün devizi və şüarı "yaxşı qonşu, yaxşı cəmiyyət" olacaqdır.

Almaniyanın "Müsəlmanların Koordinasiyası Şurası" (KRM) bu il də İslama mararağı olan qeyri-müsəlmanları və həmçinin müsəlmanları "açıq qapı məscidlər" günü məscidlərə dəvət edib və bu il üçün "yaxşı qonşuluq, yaxşı cəmiyyət" devizi seçilib ki, məzhəb və mədəniyyət fərqliliyindən asılı olmayaraq bir cəmiyyət olaraq yaxşı yaşamağın mümkünlüyünə diqqət yönəlsin. Necə ki, İslami əxlaq və mədəniyyətdə qonşunun dini, irqi və milliyyəti nəzərə alınmadan qonşuluq haqlarının qorunması təkidlə sifariş edilmişdir.

Son illərdə keçirilən bu günün əsas hədəfi müsəlmanlar və qeyri-müsəlmanlar arasında səmimiyyət, ünsüyyət, elmi təbadül, qarşılıqlı etimad, dostluq, dialoq və tanışlıq fürsəti yaratmaqdır.

2007-ci ildən start verilən mərasimdə hər il mindən çox məscid iştirak edir. Məscidləri ziyarət, dini çıxışlar, sərgilər, görüş yerlərinin təyini və İslam barədə maarifləndirmə və məlumatlandırma kimi müxtəlif proqramlar icra edilir.

Bu mərasim üçün hər il yeni deviz və şüar seçilir və əsasən ətraf mühitin qorunması, ictimai məsuliyyət, İslami mədəniyyət və mühacirlərin ictimai problemləri diqqət mərkəzində olur.

http://www.iqna.ir/fa/news/3641239


captcha