IQNA

Zərif, fələstinli tibb bacısının öldürülməsinə reaksiya verdi

13:03 - June 04, 2018
Xəbər sayı: 3483269
İİR-nın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi tyuter səhifəsində fələstinli tibb bacısının işğalçı sionist rejimin əsgərləri tərəfindən güllələnərək şəhid edilməsi barədə ismarıc yazıb.

Zərif, fələstinli tibb bacısının öldürülməsinə reaksiya verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif öz şəxsi tyuter səhifəsində fələstinli tibb bacısının işğalçı sionist rejimin əsgərləri tərəfindən güllələnərək şəhid edilməsi barədə ismarıc yazıb.

İİR-nın XİN-i yazır: İsrail rejiminin iranlılar üçün axmacasına mesaj göndərdiyi həftədə onların Amerikalı hamiləri də sionistlərin fələstinli silahsız sivillərin və etiraz aksiyası keçirənlərin əleyhinə öldürücü silahlardan  istifadə etməsini məhkum edən qətnaməni veto etdilər. Bundan istifadə edən sionist snayperçiləri yaralılara kömək edən fələstinli tibb bacısını güllə ilə vuraraq öldürdülər. Bu, ar üstünə bir ar və rüsvayçılıq üzərinə bir rüsvayçılıqdır.

Zərif, fələstinli tibb bacısının öldürülməsinə reaksiya verdi

Qeyd edək ki, işağlçı sionist yəhudi rejiminin əsgərləri keçən həftənin Cümə günü, Qəzza zolağında, Xanyunusun şərqində etiraz aksiyalarında yaralananlara kömək edən 21 yaşlı tibb bacısı Rəzan Nəccarı güllələyərək şəhid etdilər.

Rəzan Nəccar fələstinli yaralılara kömək edən təcili tibb yardım komandasının üzvü idi. O əynində ağ xalat və əllərini yuxarı qaldırdığı halda yaralı bir fələstinliyə kömək üçün sərhədə yaxınlaşarkən sionistlər onu güllələdilər.

Bu tibb bacısının şəhid edilməsi ilə Mart ayının 30-dan başlayan etiraz aksiyalarında şəhid olanların sayı 117 nəfəri keçdi.  

http://iqna.ir/fa/news/3720061

captcha