İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əlcəzayirin təhlükəsizlik qüvvələri bu ölkədə İsrailin Sülim Simur adlı casusunun həbs edildiyi xəbərini yayıb.
Xəbərdə deyilir ki, Əlcəzayirin Vəhran şəhərinin təhlükəsizlik qüvvələri bir İsrail casusunu həbs ediblər.
Əlcəzayirin təhlükəsizlik qüvvələrinin xəbər mənbələrinin verdiyi məlumata görə, tutulan şəxsin üzərindən cib telefonu ilə çəkilmiş şəkillər aşkarlanıb. Şəkillər Əlcəzayirin dəniz qüvvələri, hərbi təsisatları, təhlükəsizlik əhəmiyyətləri əraziləri və digər mühüm obyektlərdən çəkilib.
Yaxalanmış İsrail casusu Sülim Simur adlı 26 yaşlı cavandır. O, Vəhran şəhərinin "Məzgənə" hotelində xidmətçi işləyirmiş.