IQNA

Fars Körfəzi ölkələrinin əlilləri arasında Quran yarışları keçiriləcək

22:19 - September 09, 2018
Xəbər sayı: 3483819
Fars Körfəzi ölkələrində yaşayan əlillər arasında Qurani-Kərimin hifzi yarışları cari ilin (2018) Dekabr ayında Səudiyyə Ərəbistanın paytaxtı Riyazda keçiriləcək.

Fars Körfəzi ölkələrinin əlilləri arasında Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fars Körfəzi ölkələrində yaşayan əlillər arasında Qurani-Kərimin hifzi yarışları cari ilin (2018) Dekabr ayında Səudiyyə Ərəbistanın paytaxtı Riyazda keçiriləcək.

Səudiyyə Ərəbistanın “Sultan bin Salman mükafatı” adlanan Qurani-Kərimin hifzi yarışlarında Fars Körfəzi ölkələrində yaşayan əlil və fiziki sağlamlığında qüsur olan uşaqlar iştirak edəcəklər.

Ərəbistanın “əlil uşaqlara dəstək birliyi”nin baş katibi Əvəz ibn Adbullah Ğamidi bildirib ki, bu yarışlar cari ilin Dekabr ayının 2-dən 4-dək Riyazın “Məlik Fəhəd” adına mədəniyyət mərkəzinin binasında keçiriləcəkdir. Yarışların keçirilməsi komitəsi iştirakçıları qarşılamaq üçün lazım olan bütün tədbirləri həyata keçirmişdir. Yarışda iştirak etmək istəyənlər Noyabr ayının 1-dək qeydiyyatdan keçməlidirlər.   

Riyazın “əlil uşaqlara dəstək birliyi”nin baş katibi Əvəz ibn Adbullah Ğamidi ölkə daxilindəki və Fars Körfəzi ölkələrindəki Qurani-Kərimin təlimi mərkəzlərini bu yarışlarda iştirak etməyə dəvət edib.

http://iqnanews.ru/fa/news/3744768

captcha