IQNA

İslamın İsveçdəki 1300 illik keçmişi

16:41 - November 04, 2018
Xəbər sayı: 3484114
İsveç müsəlmanları barədə indiyədək bir çox kitab və məqalələr yazılmışdır. Amma İslam dininin bu ölkədə 1300 il əvvəl olmasını ilk dəfədir ki, Simon Sorgenfrei deyir.

İslamın İsveçdəki 1300 illik keçmişiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Simon Sorgenfrei özünün "İsveçdə İslam" adlanan yeni əsərində İslam dininin hələ 1300 il öncə İsveçdə mövcud olduğunu yazıb.

İsveç müsəlmanları barədə indiyədək bir çox kitab və məqalələr yazılmışdır. Amma İslam dininin bu ölkədə 1300 il əvvəl olmasını ilk dəfədir ki, Simon Sorgenfrei deyir.

O, bu kitabında İslamın qədim tarixindən, bu ölkədəki İslami şəxslər, İslami mərkəzlər, müxtəlif dini firqələr, İslamçılıq hərəkatı, sələfi və vəhabilik, sufilik və islamofobiyadan danışmışdır.

İran İslam Respublikasının İsveçdəki Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, kitab əsasən hazırkı dövrə aid məsələlərdən danışsa da İslam dininin İsveçdə genişlənməsinə və müsəlmanlarla digər İsveçlilər arasında əlaqələrin formalaşmasına da toxunub.

Kitabın müəllifi yazır: "İsveçdə yaşayan müsəlmanlar barəsində dəqiq məlumat yoxdur. Çünki insanların məzhəb və dini heç yerdə qeyd edilmir. Son əsrlərdə ölkələrində müharibə şəraiti olduğundan və ya qazan dalınca olan çox sayda müsəlman İsveçə mühacirət etmişdir".

O əlavə edir: "Məscidlərdə təkcə dini mərasimlər icra edilmir. Müsəlmanlar həm də bir-birlərinə kömək edirlər ki, İsveç cəmiyyətində daha yaxşı yaşasınlar".   

http://iqna.ir/fa/news/3760839  

Teqlər: iqna ، kitab ، İsveç
captcha