IQNA

Qumda şagirdlər arasında beynəlxalq Quran yarışları keçirildi

10:46 - March 06, 2019
Xəbər sayı: 3484803
Qum şəhərində yaşayan xarici məktəb şagirdləri arasında Məktəblilərin İllik Beynəlxalq Quran Yarışları keçirilib. Məktəblilər Quranın hifzi, tərtil və Quran məfhumları təfsiri ixtisası üzrə  yarışıblar.

Qumda şagirdlər arasında beynəlxalq Quran yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Qum şəhərində yaşayan xarici orta məktəb şagirdləri arasında Məktəblilərin 3-cü İllik Beynəlxalq Quran Yarışları keçirilib.

İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin təşəbbüsü ilə cari həftənin birinci günü (4 Mart 2019-cu il) keçirilən bu yarışlarda 25 xarici millətin nümayəndsi işitrak edib.

İmam Hüseynin (ə) müqəddəs hərəminin Darul-Quran idarəsinin Qum şəhərindəki ofisinin müdiri Hafiz Mustafa Tai bu barədə deyib: Quran yarışlarının keçirilməsinin əsas hədəfi məktəblilər arasında Quran oxumağı genişləndirmək və onlarda Qurana əlaqə yaratmaqdır.

O əlavə edib: Bu yarışlarda Qum şəhərinin orta ümumi orta məktəblərində və habelə Ərəb azlıqlar üçün nəzərdə tutulmuş xüsusi orta məktəblərin şagirdləri iştirak ediblər. Yarışlara 11 məktəbdən 630 nəfər qatılıb.

Məktəblilər Qurani-Kərimin hifzi, tərtil ilə qiraəti və Quran məfhumlarının təfsiri ixtisası üzrə  yarışıblar.

http://iqna.ir/fa/news/3795427  

مشارکت 600 طلبه در مسابقات قرآن ویژه اقلیت‌های عرب مقیم قم
 
مشارکت 600 طلبه در مسابقات قرآن ویژه اقلیت‌های عرب مقیم قم
 
مشارکت 600 طلبه در مسابقات قرآن ویژه اقلیت‌های عرب مقیم قم
 
مشارکت 600 طلبه در مسابقات قرآن ویژه اقلیت‌های عرب مقیم قم
 
مشارکت 600 طلبه در مسابقات قرآن ویژه اقلیت‌های عرب مقیم قم
captcha