IQNA

İngiltərə mediasında İslamın təhrif olunması ilə mübarizə dərnəyi

21:52 - October 16, 2019
Xəbər sayı: 3485970
Britaniyanın Müsəlmanlar Şurası İngiltərənin media və kütləvi informasiya vasitələrində İslamın təhrif edilməsinə qarşı mübarizənin öyrədilməsi hədəfi ilə bir günlük təlim dərnəyi təşkil edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın Müsəlmanlar Şurası İngiltərənin media və kütləvi informasiya vasitələrində İslamın təhrif edilməsinə qarşı mübarizənin öyrədilməsi hədəfi ilə Oktaybr ayının 26-da bir günlük təlim dərnəyi təşkil edib. 

Britaniya Müsəlmanlar Şurasının internet səhifəsində "Müsəlmanlar mediada; rəvayətlərin təhrifi"  devizi ilə keçiriləcək bu təlim dərnəyi barədə elan verilərək yazılıb: Hamımız bilirik ki, mətbuat, media və kütləvi informasiya vasitələri işlərinə məsuliyyətli yanaşarlarsa, xeyir mənşəyi ola bilərlər. Amma təəssüflər olsun ki, müsəlman cəmiyyətləri onlar barəsində medianın qeyri-dəqiq məlumatları və yalanları ilə mübarizə aparmaq zorunda qalıb.

Bu təlim dərnəyində İslam və müsəlmanlar barəsində Qərb kütləvi informasiya vasitələrində təhfir edilmiş və dəyişdirilmiş həqiqətlər barədə məlumat veriləcək. Dərnəkdə iştirak edənlərə media, radio və televiziyada İslam əleyhinə yayılan məlumatlara qarşı təsirli şikayət etməyin yolları öyrədiləcək.  

https://iqna.ir/fa/news/3849903

Teqlər: iqna ، media ، kiv ، islamofobiya
captcha