IQNA

Londonda "Quran dərsi" tablosu 4.5 milyon ponda satıldı

20:16 - October 26, 2019
Xəbər sayı: 3486030
Osmanlı imperiyası dövrünün rəssamı Osman Həmdibegin "Quran dərsi" adlı incəsənət əsəri Londonun Satbiz hərracında 4.5 milyon ponda satılıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Osmanlı imperiyası dövrünün rəssamı Osman Həmdibegin "Quran dərsi" adlı incəsənət əsəri Londonun Satbiz hərracında 4.5 milyon ponda satılıb.  

"Quran dərsi" tablosu hərracda Nəcd şərqşünaslıq incəsənət əsərləri arasında ən yüksək qiymətə satılıb.

Bu tablo Nəcd qrupunda olan 40 ədəd incəsənət əsəri arasından seçilib.  

Nəcd şərqşünaslıq incəsənət əsərləri qrupuna Şərq incəsənət ustadlarının 155 əsəri təqdim edilib. Bu əsərlər 19-cu əsrin şərqşünasları tərəfindən seçilib və 70-ci illərdə London qalereyalarından birinə aparılıb.

Qeyd edək ki, bir ay öncə Londonun Bonhams hərracında Osman Həmdibegin (1842-1910) "Quran oxuyan qız" tablosu (1880) 7.4 milyon dollara satılmışdı.  

https://iqna.ir/fa/news/3852346

 

captcha