Cəmiyyətimizdə yaşayan bir çox insanları düşündürən şəri məsələlərdən də biri xanımın ailə başçısının və ya övladın atanın pulundan icazəsiz xərcləmək haqqı və ya icazəsiz cibindən pul götürmək icazəsi varmı?
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Dünya Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneni cənablarının dəftərxanası bu barədə sualın cavabını paylaşıb.
Şiələrin təqlid mərcəsinin dəftərxanasına ünvanlanan sualda soruşulur:
"Arvad ərinin pulunu və ya övlad atanın pulunu icazə almadan onun cibindən götürə və evin və ya özünün şəxsi işləri üçün xərcləyə bilərmi?
Cavab: İcazə və razılıq almadan, olmaz.
https://iqna.ir/fa/news/3871545