Sosial şəbəkə istifadəçiləri virtual məkanda 16 yaşları olan bu cavanların fotolarını paylaşıblar.
Malik Nəşaşibi, Əbdürrəhman Tutah və Ömər Abidin adlı bu üç yeniyetmənin 16 yaşında Quranı əzbərləməsi sosial şəbəkə istifadəçiləri tətəfindən alqışla qarşılayıb və onları və ailələrini təbrik ediblər.
Qeyd edək ki, sionist yəhudilər tərəfindən işğal edilmiş Fələstin torpaqlarında minlərlə Quranı hafizi var ki, onların çoxu uşaqlar və yeniyetmələrdir.
Fələstində Quran hifzi öyrədən Quran müəssisələri və xeyriyyə təşkilatları çoxdur. Hazırda isə koronavirusa görə bu müəssisə və təşkilat öz fəaliyyətlərini dayandırıblar. Bəziləri isə İslami proqramlarını onlayn həyata keçirirlər. /3909337