IQNA

İmam Rzanın (ə) hərəminin günbəzinə qara bayraq sancıldı

14:27 - July 27, 2020
Xəbər sayı: 3487741
Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində İmam Baqirin (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm hazırlığı işləri görülüb.

Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində İmam Baqirin (s.ə) müsibətli şəhadətinin növbəti ildönümünün gəlişi münasibətilə matəm hazırlığı işləri görülüb.
 
Maide.Az xəbər verir ki, hərəminin günbəzilə yanaşı, bütün minarələri, sütunlu dəhlizləri və meydanlarına da qara parçalara yazılmış dualar və şüarlar asılıb. 
 
Məlumata görə, İmam Rzanın (ə) hərəmində  İmam Baqirin (ə) şəhadəti münasibəti ilə  xüsusi proqramlar  təşkil olunacaq. 
 
Belə ki, bu gecə şam və işa namazlarından sonra  “Came Rəzəvi” eyvanında  əza məclisi təşkil oluancaq.
 
Həmçinin sabah səhər saat 11:15-də də  Qohərşad məscidinə  xüsusi əza məclisi təşkil olunacaq, mərsiyələr oxunacaq. 
 
captcha