IQNA

Məhərrəmlikdə "PALÇIQSÜRTMƏ" mərasimi haradan gəlib?

10:05 - August 13, 2020
Xəbər sayı: 3487876
Tehran (IQNA) -  Loristanın əyalətinin qubernatoru koronavirus pandemiyasını nəzərə alaraq bu ilin Məhərrəm ayı əzadarlığında "palçıqsürtmə" mərasimini qadağan edib.

Məhərrəm ayında "palçıqsürtmə" mərasimi qadağan edildi

Loristanın əyalətinin qubernatoru koronavirus pandemiyasını nəzərə alaraq bu ilin Məhərrəm ayı əzadarlığında "palçıqsürtmə" mərasimini qadağan edib.

Loristanın əyalətinin qubernatoru Seyyid Musa Xadimi bildirib ki, bu qərar vətəndaşların, xüsusi ilə İmam Hüseyn (ə) əzadarlarının koronavirus qarşısında sağlamlığını qorumaq hədəfi ilə verilmişdir.

Qubernator vurğulayıb: Məhərrəm ayında əzadarlıq mərasimlərinin keçirilməsi ölkənin tibbi və sanitariya qrumlarının göstərişləri əsasında həyata keçirilməlidir. Hamı koronavirusla mübarizə qərargahının göstərişlərinə və sanitariya protokollarına əməl etməlidir. Bizim üçün vətəndaşların sağlamlığı hər şeydən önəmlidir.

O əlavə edib: Bu il əzadarlıq mərasimlərində piyada yürüşlərimiz olmayacaq. Əzadarlıq heyətləri sanitariya qaydalarına əməl oluna biləcək sabit bir məkanda əzadarlıq edəcəklər. Bu məkanlarda maskadan istifadə və sosial fasilənin qorunması icbari olacaq və həmçinin əzadarlıq saatına məhdudiyyət qoyulacaq.  

Loristanın qubernatoru vurğulayıb: Bu il "südəmər körpələr" mərasimi də keçirilməyəcək. "Hər ev bir hüseyniyyə" şüarı ilə əzadarlıq mərasimləri ailələr tərəfində evlərdə keçiriləcək.  

 

Məhərrəmlikdə "PALÇIQSÜRTMƏ" mərasimi haradan gəlib?

Əzizləri dünyasını dəyişərkən üzlərinə, başlarına və libasların palçıq sürtərək əzadarlıq etmək İranda yaşayan Lor tayfalarının qədim adətlərindən bidirir. 

Hazırda İranın Loristan əyalətində (mərkəzi Xürrəmabad şəhəridir) yaşayan Lor tayfaları hələ İslam dinindən çox-çox qədimlərdə əzizlərinin vəfatında, xüsusi ilə ölən şəxs cavan olardısa, üzlərinə, başlarına, çiyinlərinə və libaslarına palçıq sürtərdilər.

İslamdan sonra isə Əhli-Beyti (ə) sevən Lor tayfaları Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə də öz cavanlarına yas saxladıqları kimi əzadarlıq etməyə başladılar.

Onların Aşura günü böyük həyacanla keçirdikləri əzadarlıq mərasimləri dünyadakı bütün əzadarlıq məclislərindən bununla fərqlənir.

Lorlar Tasua günü (Məhərrəm ayının 9-da) bütün şəhəri "palçıqsürtmə" mərasimi üçün hazırlayırlar. Cavanlar biyabana və şəhərdən kənar səhralara çıxaraq təmiz torpaq hazırlayır, onu ələyir və sonra gül suyu ilə ətirləyirlər. Pak torpağı məscidlərin və heyətlərin önündə əvvəlcədən hazırlanmış palçıq hovuzunda xəmir halına gətirirlər. Aşura günü əzadarlıq edənlər isə həmin hovuzlardakı ətirli palçıqlarla baş, üz, çiyin və libaslarını palçıqlayırlar. Sonra isə əvvəlcədən bu niyyət ilə hazırlanmış tonqalların yanında bədənlərindəki palçıqları qurudurlar. Sonra isə əzadarlıq dəstələri ilə xiyabanlarda sinə vuraraq əzadarlıq edirlər.   

Lorların bu adəti İranın digər şəhərlərinə də sirayət etmiş, hətta İran sərhədlərini aşaraq İraqa keçmiş və bu adəti bəzən Pakistan və Hindistan şiələrinin əzadarlıqlarında da görmək olur.

Loristanın mərkəzi şəhəri olan Xürrəmabadın əzadarlıq ayini İranın qədim və milli mədəniyyət əsəri kimi İran İslam Respublikasının Milli Mədəniyyət Əsərləri siyahısında 53-cü nömrə ilə qeydə alınmışdır.  /3916355

captcha