IQNA

ABŞ-ın 11 sentyabr sonrası hərəkətləri 37 milyon insanı köçkün vəziyyətə salıb

16:49 - September 11, 2020
Xəbər sayı: 3488095
ABŞ-ın 11 Snetyabr hadisəsindən sonra “terrora qarşı müharibə” elan etməsindən etibarən həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 37 milyon dinc sakin evlərindən didərgin düşüb

ABŞ-ın 11 sentyabr sonrası hərəkətləri 37 milyon insanı köçkün vəziyyətə salıbBraun Universitetinin Müharibə Maliyyələri Layihəsi çərçivəsində yayımladığı hesabata görə, ABŞ-ın “terrora qarşı müharibə” elan etməsindən etibarən həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 37 milyon dinc sakin evlərindən didərgin düşüb

Deyerler.org xəbər verir ki, bu hesabatdakı səkkiz əməliyyatdan ən bahalısı sayılan ABŞ-ın İraqa müdaxiləsi və bunun ardınca baş verən qarşıdurmalar nəticəsində didərgin düşən dinc vətəndaşların sayı 9,2 milyona çatıb.

“Qardian” qəzeti xəbər verir ki, hesabatda 11 sentyabr hücumlarından sonra ABŞ-ın İraq və Əfqanıstan kimi birbaşa silahlı qarşıdurmaya girdiyi, Liviya və Suriya kimi qarşıdurmaların böyüməsinə töhfə verdiyi və Yəmən, Somali və Filippin adaları kimi pilotsuz təyyarələrlə hücumlar həyata keçirdiyi, hərbi müşavirlik və silah ticarəti vasitəsi ilə baş verən münaqişələrə yönəldi.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Daxili Köçkünlərin Monitorinqi Mərkəzi kimi qurumların məlumatlarına əsasən hazırlanan hesabata görə Suriyada 7.1, Əfqanıstanda 5.3, Yəməndə 4.4, Somalidə 4.2. Pakistanda 3.7 milyon, Filippin adalarında 1.7 milyon, Liviyada 1.2 milyon insanın köçkün olduğu təxmin edilir.

Suriya Vətəndaş Müharibəsi məsələsində, araşdırma Amerikanın iştirakını yalnız 2014-cü ildən bəri ABŞ qüvvələrinin aktiv olduğu Suriyanın beş vilayətində məhdudlaşdırır. Hesabatda bildirilir ki, ABŞ-ın silahlı qruplara verdiyi dəstək sayəsində köçkünlər daxil edildikdə, ümumi sayı 44 ilə 55 milyon arasında artacaq və İkinci Dünya Müharibəsi dövründə köçürülmüş insanların sayı ilə müqayisə edilə biləcək bir səviyyəyə çatacaq.

Araşdırmada 25.3 milyon insanın geri döndüyü vurğulanır, lakin bu, köçkünlük nəticəsində yaranan travmanın silindiyi və ya bu insanların öz evlərinə və ya təhlükəsiz bir həyata qayıtdıqları mənasını vermir.

Layihə çərçivəsində aparılan başqa bir araşdırmada ABŞ-ın da iştirak etdiyi qarşıdurmalarda birbaşa müharibə ilə əlaqəli şiddətə görə həyatını itirənlərin sayının 800 min olduğu, ən az 335 min dinc vətəndaşın öldürüldüyü və ABŞ xəzinəsindəki qarşıdurmaların maliyyəsinin 6.4 trilyon dollara çatdığı iddia edilib.

Teqlər: 11 sentyabr ، terror ، abş
captcha