IQNA

"Həşd Şabi" sədri ölkə təhlükəsizliyini qoruyacaqlarını bəyan etdi

10:40 - December 07, 2020
Xəbər sayı: 3488800
İraqın "Həşd Şabi" hərəkatının sədri Falih əl-Fəyyaz lideri olduğu təşkilatın məqsədlərindən danışıb. Mənbə:

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraqın "Həşd Şabi" hərəkatının sədri Falih əl-Fəyyaz lideri olduğu təşkilatın məqsədlərindən danışıb.   Falih əl-Fəyyaz dünən keçirilən tədbirdə çıxışı zamanı hər bir "Həşd Şabi" üzvünü qəhrəman olaraq xarakterizə edib.  

O, çıxışı zamanı vurğulayıb ki, "Həşd Şabi" hərəkatı fəaliyyətini İraqın təhlükəsizliyini qorumağa və sabitliyi təmin etməyə həsr edib.   "Biz verdiyimiz şəhidlər ilə də bu yolda qəti addımlar atdığımızı sübut etmişik. Bundan sonra da İraq xalqının maraqlarına xidmət etməyə davam edəcəyik", - deyə Falih əl-Fəyyaz qeyd edib. 

 

captcha