IQNA

Həzrət Rüqəyyanın (ə) hərəmində Həzrət Fatimənin (s) əzadarlığı məclisi keçirildi

6:45 - December 30, 2020
Xəbər sayı: 3488951
Höccətül-İslam Kazım Siddiqinin iştirakı ilə Cəmadil-əvvəl ayının 13-cü gecəsində İmam Hüseynin (ə) reyhanəsi Həzrət Rüqəyyanın (s) Dəməşqdəki hərəmində Əyyami Fatimə (s.ə.) mərasimi keçirilib.

Tehranın müvəqqəti imam-cüməsi höccətül-İslam Kazım Siddiqinin iştirakı ilə cəməduəl-əvvəl ayının 13-cü gecəsində İmam Hüseynin (ə) reyhanəsi Həzrət Rüqəyyanın (s.ə.) Dəməşqdəki mütəhhər hərəmində Əyyami Fatimə (s.ə.) mərasimi keçirilib.

Deyerler.org Jamkaran-a istinadən xəbər verir ki, müqəddəs ziyarətgahda şəhər əhalisinin iştirakı ilə keçirilən mərasim koronavirus epidemiyasına görə, sağlamlıq protokollarına uyğun təşkil olunub.

Bu mərasimdə Tehranın müvəqqəti imam-cüməsi höccətül-İslam Kazım Siddiqi Həzrət Rüqəyyanı (s.ə.) salamladıqdan sonra, Həzrət Zəhranın (s.ə.) müsibətli şəhadətindən danışıb. Daha sonra məddah Mehdi İsmaili rövzə və mərsiyələr oxuyub, məclisdə əzadarlıq olunub. /jamkaran

captcha