IQNA

Cənubi Afrika Respublikasının ordusu hicaba icazə verdi

22:18 - January 29, 2021
Xəbər sayı: 3489159
Cənubi Afrika Respublikası ordusunun müsəlman hərbçisi mayor Fatima Ayzaaks 3 illik mübarizədən sonra hərbi forma ilə hicab bağlamaq hüququnu əldə edib.

Mayor Fatima Ayzaaks Keyp Tayms nəşrinə verdiyi açıqlamasında bunları deyib: “İşin uğurlu nəticəsindən məmnunam, mənə kömək etdikləri üçün hüquqşunaslar komandama minnətdaram.

Demokratik ölkədə yaşayırıq, yəni dini inanclarla bağlı heç bir ayrı-seçkilik olmamalıdır. Dinin, mənəvi dövlətin/ölkənin təməli olduğuna inanıram. Bu vacib qələbədir”.

Qərar 2010-cu ilin fevralında rəsmi olaraq qüvvəyə mindiyi gündən bəri dini inanclarına uyğun olaraq hərbi beretinin altına hicab geyən müsəlman xanım Ayzaaksın üç illik mübarizəsindən sonra verilib.

2018-ci ilin iyun ayında ona hicabının Cənubi Afrika Müdafiə Qüvvələri (SANDF) geyim siyasətinə zidd olduğu bildirilmiş və bu, onun Hərbi İntizam Qanununun 19 maddəsinin 1-ci bəndinə zidd olan üç maddə ilə ittiham edilməsinə səbəb olmuşdu.

Hərbi məhkəmə keçən il yanvar ayında ona qarşı ittihamlarını geri götürsə də, mayor Ayzaaksı təmsil edən Qanuni Resurslar Mərkəzi (LRC) daha sonra Hərbi Dini Geyim Kodeksi Qanununun tətbiq edilməsinə qarşı çıxmaq üçün Bərabərlik Məhkəməsinə müraciət etmişdi.

“O vaxtdan bəri SANDF ilə müzakirələr apardıq və nəticədə SANDF, müsəlman qadınların hicabı hərbi geyimləri ilə geyməyə icazə vermək üçün siyasətində dəyişiklik etdi.

Bu səbəbdən Bərabərlik Məhkəməsinə iddianı geri çəkmə barədə bildiriş göndərdik və siyasət artıq ordudakı müsəlman qadınlara qarşı ayrıseçkilik etmədiyi üçün bu məsələni davam etdirməyəcəyik”, - deyə LRC dünənki açıqlamasında bildirib. /deyerler/

 

captcha