IQNA

Səudiyyəli cavanın Quranı yandırması məhkum edildi

8:44 - February 07, 2021
Xəbər sayı: 3489219
Tehran (IQNA) -  Səudiyyəli cavanın Quran yandırması klipi müsəlman sosial şəbəkə istifadəçilərinin geniş etirazına səbəb olub və ictimai aktivistlər cinayətkarın cəzalandırılması tələb ediblər.

Tehran (IQNA) -  Səudiyyəli cavanın Quran yandırması klipi müsəlman sosial şəbəkə istifadəçilərinin geniş etirazına səbəb olub və ictimai aktivistlər cinayətkarın İslam dini və Quranı təhqir etdiyinə görə cəzalandırılması tələb ediblər.

Abdullah adlı Səudiyyəli cavan sosial şəbəkələrdə Quran yandırmasını canlı yayımla paylaşıb. Videonin arxa fonunda Səudiyyə Ərəbistanın bayrağı qoyulub.

Bu videonun ardınca sosial şəbəkə istifadəçiləri "Abdullah Quranı yandırır" həştəgi ilə trend başladıblar. Bu trendə 13 min nəfər qoşulub və İslam dininə hörmətsizlik edən cinayətkarın cəzalandırılmasını istəyiblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın qanunlarına əsasən hansısa dinin müqəddəs simvollarını təhqir edənə 7 il həbs cəzası verilir və 2 milyon səudiyyə riyalı (yarım milyon dollar) cərimə yazılır. Qanuna əsasən hər kəs söz və ya iş ilə bu cinayəti törədərsə, həmin cəzaya məhkum edilir. /3952232

 

captcha