IQNA

Aprel ayının 13-ü mübarək Ramazan ayının ilk günü olacaq

9:38 - March 16, 2021
Xəbər sayı: 3489463
Mübarək Ramazan ayının hilalı Aprel ayının 12-də görünəcək. Həmin gün Günəş 19:06-da qürub edəcək. Ay isə Günəş qürub etdikdən sonra səmada 22 dəqiqə dayanacaq və saat 19:28-də gözdən itəcək.

Tehran (IQNA) -  Bu astronomik birliyin elan etdiyinə görə, mübarək Ramazan ayının biri cari ilin Aprel ayının 13-ə təsadüf edəcəkdir.

Fələstinin Milli Astronomiya Cəmiyyəti asrtonomik hesablara əsasən, mübarək Ramazan ayının Fələstin şəhərlərində Aprel ayının 13-də, həftənin ikinci günü (Çərşənbə Axşamı) başlanacağını elan edib.

Bu birliyin yaydığı bəyanatda deyilir ki, Hicri-Qəməri tarixi ilə 1442-ci ilin mübarək Ramazan ayının hilalı Aprel ayının 12-də görünəcək. Həmin gün Günəş Qüds şəhərində 19:06-da qürub edəcək. Ay isə Günəş qürub etdikdən sonra səmada 22 dəqiqə dayanacaq və saat 19:28-də gözdən itəcək.

Bəyanatda əlavə edilib: Həmin gün Ramazan ayının hilalını üfüqə çox yaxın olduğu və işıqlanmadığı üçün adi gözlə görmək çox çətin və hətta qeyri-mümkün olacaq.   

Fələstinin Milli Astronomiya Cəmiyyətinin yaydığı bəyanatda deyilir: Mübarək Ramazan ayının hilalını Aprel ayının 13-də Afrika, Mərakeş, Mavritaniya, Əlcəzayir, Liviya, Sudan, Sumali, Atlantik Okeanı ölkələrində, Şimali Amerika, Cənubi Amerika və Sakit Okean ölkələrində görmək olacaq.

Qeyd edək ki, bir çox İslam və Ərəb ölkələrinin də Aprel ayının 13-ünü Ramazan ayının biri elan edəcəkləri ehtimal olunur. / iqna

captcha