IQNA

Yüzlərlə fanatik yəhudi yenidən Əl-Əqsa məscidinə soxuldu

18:09 - April 02, 2021
Xəbər sayı: 3489551
Yüzlərlə fanatik yəhudi İsrail polisinin müşayiəti ilə Qüdsdə yerləşən İslamın müqəddəs məkanlarından biri olan “Əl-Əqsa” məscidinə soxulublar.

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, yüzlərlə fanatik yəhudi İsrail polisinin müşayiəti ilə Qüdsdə yerləşən İslamın müqəddəs məkanlarından biri olan “Əl-Əqsa” məscidinə soxulublar.

Qüds İslami Fondlar İdarəsindən bildirilib ki, bu gün 553 mövhumatçı İslami ziyarətgahın ərazisinə daxil olublar.

Fanatik yəhudilərin zorla əraziyə girişi səhər başlayıb və axşamadək davam edəcək.

Qeyd edilir ki, bu cür hallar artıq bir neçə gündür davam edir. Belə ki, bazar ertəsi günü 440, çərşənbə axşamı günü 498, çərşənbə günü isə 432 fanatik məscidə ərazisinə daxil olub.

Yəhudi fanatikləri bu hərəkətinin polis və hərbçilərin müdafiəsi altında baş verməsi fələstinlillərin böyük narazılığına və toqquşmalara səbəb olur. Üstəlik, hər həftəsonları müsəlmanlar üçün məscidə giriş qapadılır və ya məhdudlaşdırılır.

captcha