IQNA

ABŞ-da polis cinayətlərinə etiraz davam edir

11:42 - April 18, 2021
Xəbər sayı: 3489644
ABŞ-ın bir neçə şəhərində etirazçılar küçələrə axışaraq polisin davranışlarında dəyişikliyə və cavabdehliyə çağırıblar. Etirazların Minnesota, Çikaqo və Portlend şəhərlərində keçirilib.

ABŞ-ın bir neçə şəhərində etirazçılar küçələrə axışaraq polisin davranışlarında dəyişikliyə və cavabdehliyə çağırıblar. Etirazların Minnesota, Çikaqo və Portlend şəhərlərində keçirilib.

Az.shafaqna.com VOA-ya istinadla xəbər verir ki, Minnesotanın Bruklin Mərkəzi şəhərində nümayişlər 20 yaşlı afrikalı amerikalı Dante Raytın örən bazar günü polis tərəfindən güllələnərək öldürülməsindən sonra yerli polis idarəsinin önündə keçirilib. Raytı güllə ilə vuran polis zabiti Kim Potterə cümə axşamı günü ikinci dərəcəli adam öldürmə ittihamı irəli sürülüb.

Polis idarəsinin rəisi Tim Qannon müxbirlərə deyib ki, Potter Raytı elektroşokla vurmaq istəyərkən yanlışlıqla silahla vurub. Hadisənin ardınca həm Potter həm də Qannon Bruklin Mərkəzi Polis İdarəsindən istefa veriblər.

Bruklin Mərkəzi ötən il 46 yaşlı afrikalı amerikalı Corc Floydun polis tərəfindən saxlanıldığı zaman öldürüldüyü Minneapolisı yaxın məsafədə yerləşir. Minneapolis şəhərinin keçmiş polis zabiti Derek Şovin prokurorların dediyinə görə 9.5 dəqiqə dizini Floydun boynunun üstündə tutub. Hazırda Şovinin məhkəməsi Minnesotada davam edir.

Bazar günü baş verən hadisədən sonra Amerikanın bir çox şəhərində etirazlar keçirilir.

Cümə günü yüzlərlə nümayişçi Çikaqonun şimal-qərbində bir parkda toplaşaraq polisin 13 yaşlı ispandilli Adam Toledonu öldürməsinə etiraz ediblər. Yeddinci sinif şagirdi Toledo ötən il güllələnərək öldürülb, ancaq polis polis zabiti Erik Stillmanın üzərindəki kameranın çəkdiyi video görüntüləri bu yaxınlarda icitmaiyyətə yayıb. Həmin görüntülərdə Toledonun əlləri boş şəkildə hava ikən vurulduğu göstərilir. Videoda Toledonun əllərini havaya qaldırmadan öncə nəyisə yerə atdığı göstərilsə də, həmin əşyanın nə olduğunu müəyyən etmək çətindir. Polis onun silah olduğunu deyir. Polisin məlumatına görə, hadisə yerində silah tapılıb.

Video görüntülərin açıqlanması Çikaqoda və ABŞ-ın başqa yerlərində, xüsusilə də qaradərililər və latinoların yaşadıqları məhəllələrdə polisin gücü ilə bağlı onzuda mövcud olan gərginliklərin artmasına səbəb olub.

Oreqon ştatının Portlend şəhərində cümə günü ölənlərin xatirəsini anmaq üçün toplaşan nümayişçilər, polislə toqquşma nəticəsində zorakılığa əl atıblar.

Yerli məlumatlara görə, etirazçılar pəncələri sındırıblar, fişəng atıblar və Portlend Polis Assosiasiyasının binasını yandırıblar. Polis etirazları “qiyam” adlandırıb, çünki bu artıq üçüncü dəfədir ki, beş gündür davam edən anım nümayişləri zorakı hal alır.

 
 
 
 
 
 
 
captcha