İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Yəmən Silahlı Qüvvələri mətbuat katibi Yəhya Səri verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Həmis-Muşəyt bölgəsindəki Məlik Xalid hava bazasına qarşı PUA əməliyyatı həyata keçirdiklərini açıqlayıb.
Yəhya Səri bu əməliyyatın "Qasef-K2" tipli PUA ilə edildiyini söyləyib.
Mətbuat katibi bu əməliyyatın Yəmənə qarşı hücumlarını və mühasirəsini davam etdirdiyi üçün Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı təşkil edildiyini açıqlayıb.