IQNA

Ayətullah Üzma Məhəmməd Səid Həkim vəfat etdi

23:26 - September 03, 2021
Xəbər sayı: 3490651
Şiə dünyasının böyük təqlid mərcəsi və İraqın Nəcəf şəhərinin dörd böyük müctəhiddən biri olan Ayətullah Üzma Seyyid Məhəmməd Səid Həkim ötən gecə 87 yaşında ürək infarktı səbəbi ilə dünyasını dəyişib.

Ayətullah Seyid əl-Həkim dünyasını dəyişibIQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiə dünyasının böyük təqlid mərcəsi və İraqın Nəcəf şəhərinin dörd böyük müctəhiddən biri olan Ayətullah Üzma Seyyid Məhəmməd Səid Həkim ötən gecə 87 yaşında ürək infarktı səbəbi ilə dünyasını dəyişib.

Ayətullah Üzma Seyid Həkimin həyatı ilə qısa tanışlıq

O, 1354-cü hicri-qəməri ilinin mübarək Zil-Qədə ayının 8-də İraqın Nəcəf şəhərində anadan olub.

Atası Ayətullah Seyid Məhəmməd Əli Təbatəbayi Həkim və anası dünya şiələrinin böyük təqlid mərcəsi olmuş mərhum Ayətullah Seyid Möhsün Həkimin nəvəsidir.

Nəcəf Ali Elmi Dini Hövzəsində uşaqlıqdan atasının, Ayətullah Mirza Seyid Həsən Becnurdi, Ayətullah Şeyx Əbdül-Hüseyn Hilli və Ayətullah Mühəqqiq Şeyx Məhəmməd Hüseyn İsfahaninin elmi və mənəvi tərbiyəsi ilə elmi və mənəvi baxımdan inkişaf edərək dini elmlərdə dərinləşdi.

Hələ cavan yaşlarında ikən hicri-qəməri ilə 1388-ci ildən hövzədə fiqh, üsul, təfsir və əxlaq dərslərini tədris etməyə başladı.

O, Nəcəf şəhərində "heyət", həndəsə və riyaziyyat kimi elmləri bilməkdə də alimlər arasında məşhur olub.

Ayətullah Üzma Seyid Möhsün Həkimin sifarişi ilə İslami fiqhin irs (miras) məsələlərini yeni riyaziyyat qaydaları əsasında yazmışdı.

Həmçinin o, İmam Əlinin (ə) müqəddəs hərəmində qiblənin dəqiq yerini də müəyyən etmişdir.

Onun dini elmlərdə 40-dan çox əsəri yadigar qalmışdır ki, onlardan da biri "Üsul əl-Fiqh" elmi mövzusunda yazılmış 6 cildlik "üsul" qaydalarının izahı və tətbiqi qaydaları kitabıdır.  

Bundan əlavə onun "Misbahul-Minhac" (19 cild), "Minhacul-Salihin" (3 cild), "Kifayə, Rəsail və Məkasibə şərh" və "Təhzibu Elmil-Üsul" (3 cild) kitablarına işarə etmək olar. / iqna

captcha