IQNA

Dünyanın müxtəlif millətlərindən olan 300 min tələbə "əl-Mustafa"nın məzunudur

22:44 - September 12, 2021
Xəbər sayı: 3490723
Ali Dini Elmi Hövzənin tabeliyində fəaliyyət göstərən "Beynəlxalq əl-Mustafa İslam Elmləri Akademiyası" dünyanın müxtəlif millətlərindən olan 300 mindən çox tələbə məzun edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının müqəddəs Qum şəhərinin Ali Dini Elmi Hövzəsinin tabeliyində fəaliyyət göstərən "Beynəlxalq əl-Mustafa İslam Elmləri Akademiyası" dünyanın müxtəlif millətlərindən olan 300 mindən çox tələbə məzun edib.

Bu barədə Ali Dini Elmi Hövzələrində yeni dərs ilinin başlanması münasibəti ilə keçirilən mərasimdə Beynəlxalq əl-Mustafa İslam Elmləri Akademiyasının Xorasan vilayəti üzrə nümayəndəliyinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmməd Rza Saleh məlumat verib.

O bildirib ki, yeni dərs ilində Ali Dini Elmi Hövzənin Xorasan əyalətindəki dini mədrəsələrdə 50-dən çox millətin nümayəndəsi dini təhsilə başlayıb.

Məhəmməd Rza Saleh deyib: Beynəlxalq əl-Mustafa İslam Elmləri Akademiyası uzun illərdən bəri davam edən dini hövzələrin müasir varisidir. Quran və Əhli-Beyt (ə) maarifinə teşnə olan minlərlə insan dünyanın müxtəlif guşələrindən bu müqəddə elmi ocağa üz tuturlar.

O əlavə edib: Hazırda "Cameətul-Mustafa əl-Aləmiyyə"nin müxtəlif mədrəsələrində dünyanın 120 ölkəsindən 60 min nəfər təhsil alır.

Beynəlxalq əl-Mustafa İslam Elmləri Akademiyasının Xorasan vilayəti üzrə nümayəndəliyinin rəisi vurğulayıb ki, Məşhəd şəhərində 100 ölkədən olan 3 min tələbə üçün təhsil şəraiti yaradılıb. Həzrət İmam Rzanın (ə) bərəkətinə Məşhəd şəhərini İslam dünyasının elmi və mənəvi qütbü hesab etmək olar.

Məhəmməd Rza Saleh vurğulayıb: Dini Elmi Hövzənin xarici tələbələri müasir dövrün sosial ehtiyaclarına uyğun davranış, arifanə rəftar, sağlam ağıl, elm və məntiqə söykənərək dünyada İslamın mahiyyətini tanıda və möhkəmləndirə bilərlər. / iqna

captcha