IQNA

"İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir"

10:57 - October 12, 2021
Xəbər sayı: 3490951
Ayətullah Sübhani Qunduz vilayətində şiələrin məscidinə edilən terror hücumunu qınayaraq, deyib: "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir".

Qumdakı böyük təqlid mərcələrindən olan Ayətullah Sübhani bir bəyanat yayaraq, Əfqanıstanın Qunduz vilayətində şiələrin məscidinə edilən terror hücumunu qınayaraq, deyib: "İnsan haqqları iddiaçılarının Qunduzdakı terror faciəsi qarşısında susması heyrətləndiricidir".

Ayətullah Sübhani bu bəyanatda, bu dəhşətli faciənin dindar insanların qəlbini sarsıtdığı bəyan edərək, deyib: "Qəribə məqam budur ki, insan hüquqlarının müdafiəsi iddiasında olan müxtəlif təşkilatlar, həmçinin müsəlmanların həyatını qorumaq iddiasında olan islam dövlətləri bu və buna bənzər hadisələrdə ən kiçik bir reaksiya belə göstərmirlər.

Ayətullah Sübhani daha sonra qeyd edib ki, Əfqanıstan vətəndaşlarını qoruduğunu iddia edən Taliban hökuməti bu mövzuda daha çox məsuliyyətli olmalı, bu cinayəti törədənləri cəzalandırmalı və bu cür faciələrin təkrarlanmasının qarşısını almalıdır. / Səhər TV

captcha