İQNA, "Əl-Ərəb"-ə istinadən xəbər verir ki, Qətərin Vəqflər və İslam İşləri Nazirliyi, Bazar ertəsi, noyabrın 1-dən Quran mərkəzlərinin açıldığını bildirib. O, oğlan uşaqları üçün 61 yeni Quran tədrisi mərkəzinin siyahısını açıqlayıb.
Qeyd edək ki, bu addım, Qətərdəki Korona məhdudiyyətlərini mərhələli şəkildə aradan qaldırmaq məqsədi daşıyır.
Quran mərkəzlərinin yenidən açılması, Quran tələbələri ilə müəllim heyəti arasında sosial məsafənin qorunması, maskalardan istifadə, müəllim heyətinə iki doza peyvəndin vurulması, gündəlik bədən istiliyinə nəzarət və girişdən əvvəl işçilərin sağlamlığından əmin olmaq kimi profilaktik tədbirlərə tam riayət olunmaqla həyata keçirilir.