IQNA

Uşaqları zorakılıqdan qorumaq üçün seminar keçirilib

8:44 - November 30, 2021
Xəbər sayı: 3491283
Əl-Əzhər Universitetində Əhali Araşdırmaları və Tədqiqatları üzrə Beynəlxalq İslam Mərkəzinin iştirakı ilə Misirdə və İslam Dünyasında Uşaqların Zorakılıqdan Müdafiəsi mövzusunda seminar keçirilib. Bu seminar, İslam Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Qahirədə keçirilib.

"İQNA", "Əl-vifd"-ə istinadən xəbər verir ki, Bu seminarda Əl-Əzhər Universitetinin Əhali Araşdırmaları və Tədqiqatları üzrə Beynəlxalq İslam Mərkəzinin direktoru Dr. Camal Abul-sərvər iştirak etmişdir. Həmçinin İslam Tədqiqatları Akademiyasının Baş Katibinin Təbliğat və Dini Media üzrə köməkçisi Dr. Səid Amir və İslam Araşdırmaları Akademiyasının qadın təbliğçilərinin işi üzrə baş katibinin müavini Dr. İlham Şahin iştirak etmişdir.

Bu Seminar, Misirdəki mühüm dini mərkəzlərin kişi və qadın təbliğatçıları, xüsusən də ailə münasibətləri, uşaqların zorakılıqdan və zərərli hərəkətlərdən qorunması sahəsində maarifləndirmə işləri ilə bağlı keçirilib.

Bu seminar, İslam Araşdırmaları Mərkəzi ilə əməkdaşlıq və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Qahirədə keçirilib.

4016988

captcha