IQNA

Filippin Mərkəzi Bankının İslam bankçılığının inkişafı üçün səyləri

20:17 - December 18, 2021
Xəbər sayı: 3491400
Filippin Mərkəzi Bankı, Filippində İslam bankçılığının təşviqi üçün İslam Maliyyə Təşkilatlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) ilə həmkarlıq edəcək.

"İQNA", "Pak Observer"-ə istinadən xəbər verir ki, Filippin Mərkəzi Bankının sədri Benjamin E.Diokno açıqlamasında deyib: "İslam maliyyələşdirmə standartları üzrə tənzimləyici orqanlardan biri olan İslam Maliyyə Təşkilatlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) ilə sıx əməkdaşlıq Filippində bu sektorun böyüməsini sürətləndirə bilər."

O, bildirib ki, AAOIFI standartlarının qəbulu, İslam maliyyələşdirməsi sahəsində potensialın artırılması və texniki yardım sahəsində əməkdaşlığı genişləndirəcək. Filippin Mərkəzi Bankının İslam bankçılığı və maliyyələşdirmə sənayesini gücləndirmək təşəbbüsü, 11439 saylı Respublika Qanununa və ya 2019-cu ilin avqustunda qəbul edilmiş İslam Bankçılığı Qanununa uyğundur.

Filippin Bankı ilə AAOIFI arasında Anlaşma Memorandumu İslam İnkişaf Bankının ev sahibliyi etdiyi 16-cı İllik AAOIFI Konfransı çərçivəsində virtual tədbir zamanı imzalanıb.

4021450

captcha